Bu əməldən çəkinin, yoxsa Peyğəmbəri və Allahı təhqir etmiş olacaqsınız – XƏBƏRDARLIQ backend

Bu əməldən çəkinin, yoxsa Peyğəmbəri və Allahı təhqir etmiş olacaqsınız - XƏBƏRDARLIQ 

“İslam hüququnda Quranın yandırılması və ya təhqiri ilə bağlı məsələlər həssas mövzulardan sayılır”.

Bu fikirləri KONKRET.az-a ilahiyyatçı Tural İrfan səsləndirib.

Tural İrfan: Dini təbliğatda yalan və saxtakarlıq qadağandır

O bildirib ki, Qurani-Kərimi təhqir etmək, yandırmaq və ya hörmətsizlik göstərmək böyük günah hesab olunur:

“Quranı təhqir etmək İslamı və Peyğəmbəri, həmçinin Allahı təhqir etmək deməkdir. Əgər bu, bilərəkdən və dini aşağılamaq məqsədi ilə edilərsə, İslam hüququna görə ən ağır cəzaya – edam hökmünə qədər məsuliyyət yarada bilər”.

Onun sözlərinə görə, bu cəzanın tətbiqi şəxsin dini mənsubiyyətinə, məkana və vəziyyətə görə dəyişir. Şəriətdə belə əməllər üçün ağır hökmlər mövcud olsa da, müasir dünyəvi dövlətlərdə məsələ qanunvericilik çərçivəsində həll olunur:

“Müasir hüquqi dövlətlərdə xalqın inanc mənbəyini təhqir etmək qanunla məsuliyyət yaradır. Quran və ya digər müqəddəs kitabların yandırılması da bu qəbildən olan əməldir. Belə hallarda dövlət qanunları çərçivəsində tədbir görülməlidir” – deyə Tural İrfan vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*