“Bu halda Azərbaycan yeni müharibəyə başlayacaq və…” – İLGİNC DETALLARbackend

"Bu halda Azərbaycan yeni müharibəyə başlayacaq və..." - İLGİNC DETALLAR

Son zamanlar Ermənistanın Baş naziri sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, Paşinyanın atdığı addımlar fərqli nəticələr çıxarmağa sövq edir. Belə ki, Paşinyan bir tərəfdən sülhdən danışır, digər yandan isə öz öhdəliklərini yerinə yetirməməklə Azərbaycanı yeni müharibəyə məcbur buraxır. Bu fikirlər erməni politoloqların açıqlamalarında da öz əksini tapır. Belə ki, politoloq Vahe Ovannisyan bildirib ki, Ermənistan noyabrın 9-da imzaladığı sənədi geri götürsə, bu, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquqa çevriləcək. Bəs görəsən, yeni müharibə ehtimalı mövcuddurmu?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanı dövlət olaraq Azərbaycanın yenidən müharibəyə başlayacağı ehtimalı çox qorxudur:

Əhəd Məmmədlinin deputatlığa namizədliyi qeydə alındı

“Ermənilər bunun “COP29″dan sonra baş verəcəyini də bildirirlər. Azərbaycanın sülh müqaviləsinə imza atmamasını da məhz bununla əlaqələndirirlər. Təbii ki, Nikol Paşinyan Azərbaycanın tələblərini yerinə yetirməsə, o zaman Bakı ən azı sülh müqaviləsini imzalamayacaq. Rəsmi Bakı Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırdığını və bununla paralel olaraq sürətlə silahlandığını görsə, o zaman aqressoru sülhə təhrik etməkdən və hərbi əməliyyatlara başlamaqdan başqa yol tapmayacaq. Ermənistan öz atdığı addımlarla Azərbaycanı buna məcbur edir”.

Politoloq əlavə edib ki, müharibədə məğlub və qalib tərəf olur:

“Təbii ki, məğlub dövlət qarşı tərəfin tələblərini yerinə yetirməlidir. Amma Qərbə güvənən Ermənistan indiki halda bizimlə bərabər səviyyəli sülh sazişi imzalamağa çalışır. Qərb Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişələrində qalib tərəflərdən bu cür sülh istəmir. Amma Azərbaycana gələndə bunu tələb edir. Bu da rəsmi Bakı üçün qəbuledilməzdir. Məhz Qərb və İrana güvənən Ermənistan belə mövqe tutmağa davam edir. Ancaq bu, İrəvan üçün zərərlidir. Çünki belə halda rəsmi Bakı hərbi əməliyyatlara başlamaq qərarına gələcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*