Bu ilin ilk ayında ÜDM azaldı – SƏBƏBbackend

Bu ilin ilk ayında ÜDM azaldı - SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 430 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir. ÜDM-də azalmanın əsas səbəbi neft-qas sektorunda hasilatın aşağı düşməsidir.

KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,0 faiz artıb:

“Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,9 faiz artıb.

2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. ÜDM-də azlamaya rəğmən qeyri-neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*