İşə yeni qəbul olunan əməkdaşlar ilk əmək məzuniyyətindən istifadə etmək üçün adətən 6 ay gözləməli olurlar. Lakin qanunvericilikdə müəyyən kateqoriyadan olan işçilər üçün bu qaydadan istisnalar da nəzərdə tutulub.
Bəs hansı işçilər əmək müqaviləsi bağlandıqdan sonra 6 ay tamam olmadan da əmək məzuniyyətinə çıxa bilərlər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, ümumi qayda olaraq işçinin əmək məzuniyyəti hüququ əmək müqaviləsi bağlandıqdan 6 ay sonra yaranır.

Onun sözlərinə görə, işçi əmək məzuniyyətindən istifadə etmək istədikdə bununla bağlı işəgötürənə müraciət etməli, daha sonra isə müvafiq əmr verilməlidir:
“Ümumiyyətlə, əmək müqaviləsi bağlandıqdan 6 ay sonra işçinin əmək məzuniyyəti hüququ yaranır. İşçi əmək məzuniyyətindən istifadə etmək istədikdə bununla bağlı ona əmr verilir. Bu qayda bütün kateqoriyadan olan işçilərə şamil edilir. Nəticə etibarilə işçi məzuniyyətə çıxmaq üçün mütləq qaydada müraciət etməli, 6 aylıq müddət tamamlandıqdan sonra verilən əmr əsasında əmək məzuniyyəti hüququndan yararlana bilər.”
Hüquqşünas qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan istisna hallar mövcud olduğu təqdirdə bəzi işçilərə 6 aylıq müddət tamamlanmadan da məzuniyyət verilə bilər. Lakin ümumi prinsip ilk əmək ilində məzuniyyət hüququnun 6 ay fasiləsiz işlədikdən sonra yaranmasıdır.
Aynurə İsmayıl
KONKRET.az
