Bu ölkə ilə sərnişindaşıma həyata keçirilə bilər: Sərhədlər açılır? backend

Bu ölkə ilə sərnişindaşıma həyata keçirilə bilər: Sərhədlər açılır? 

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpası məsələsi yenidən gündəmə gəlib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə keçirilən görüşdə bu məsələni müzakirə ediblər. Bəs, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpası nə qədər real görünür? Hazırda bu sahədə əsas texniki və ya inzibati maneələr hansılardır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov bildirib ki, burada əsas məqam dövlət siyasətidir:

Vəli Əlibəyov: “Əkdiyimiz PR toxumlarının kiçik cücərtilərini görürük”  MÜSAHİBƏ

“Sərhədlərin bağlı saxlanması dövlətin qərarıdır və bunun müəyyən səbəbləri var. Əslində Azərbaycan və Gürcüstan arasında, eləcə də ümumiyyətlə Azərbaycanın sərhədlərinin açılması və sərnişin daşımaları üçün heç bir texniki və ya inzibati maneə yoxdur. Əvvəllər bu yollar daim işləyib və sərhədlər açılan kimi yenidən fəaliyyət göstərəcək.”

Ekspert əlavə edib ki, bu, sırf siyasi qərardır və sərhədlərin açılması üçün dövlətin münasib mövqeyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan pandemiyadan sonra Gürcüstanla sərhədi tam açmayıb və bu səbəbdən dəmir yolu ilə sərnişindaşıma hələ də bərpa olunmayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*