Biləsuvar şəhərinin böyük bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, təxminən bir saata yaxındır, şəhərin böyük bir hissəsi işıqsız qalıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində fasilə yaranmasına baş vermiş qəza səbəb olub.
“Hazırda qeyd edilən ərazidə briqada işləyir”, – deyə, qurumdan bildirilib.