Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
