Camma və Kəşmirdə internet yoxdurbackend

Camma və Kəşmirdə internet yoxdur

 Toplaşmaq imkanları isə tam məhdudlaşdırılıb

Konkret.az “Associated press”-ə istinadən xəbər verir ki hind hərbiçiləri Müsəlmanların  İd –al –Adxa bayramı ərəfəsində yerlərdə vəziyyəti ciddi nəzarətə götürüblər. Agentliyin məlumatına gorə, yerlərdə artıq ardıcıl olaraq 7 gündür ki, internet, eləcə də digər kommunikasiya vasitələri işləmir. Bütün bunlarla yanaşı yerli rəhbərlik həm də yerli sakinlərə toplaşmağı qadağan edib. Onlara yalnız tək-tək və ən yaxşı halda 2-3 nəfərdən çox olmamaq şərti ilə məscidə getməyə icazə verilib. Bu  ciddi qadağaların Hindistanın müstəqillik gününü qeyd edəcəyi dördüncü günə qədər davam edəcəyi gözlənilir. Qeyd edək ki, bu nəzarətedici tədbirlər Dehlinin Camma  və Kəşmirə xüsusi status verdikdən sonra gücləndirilib.

 

Leyla Şirməmmədova,

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*