Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ən populyar məhsullarından biri moruq çəyirdəyi yağı olub.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, əczaxanalarda və təbii məhsullar dükanlarında satılan moruq çəyirdəyi yağı tərkibindəki antioksidantlar və günəş şüalarını udma xüsusiyyəti ilə diqqət çəkir. Xüsusilə süni tərkibli məhsullardan uzaq durmaq istəyənlər bu yağa böyük maraq göstərirlər.
Moruq çəyirdəyi yağı, moruq meyvəsinin çəyirdəklərindən əldə edilən təbii bir bitki yağıdır. Tərkibindəki E vitamini, omeqa-3 və omeqa-6 yağ turşuları sayəsində dəriyə qulluq üçün əla seçimdir.
Yağın ən məşhur xüsusiyyətlərindən biri dərinin nəmlik balansını qorumasıdır. Yüngül quruluşu sayəsində dəri tərəfindən asanlıqla sorulur və yağlı hiss buraxmadan dərini nəmləndirir.
Moruq çəyirdəyi yağı sərbəst radikallarla mübarizə aparan antioksidantlarla zəngindir. Bu xüsusiyyəti sayəsində dərini xarici mühitin zərərli təsirlərindən qorumağa kömək edir.
E vitamini və antioksidant tərkibi sayəsində incə qırışların və dərinin yıpranma əlamətlərinin azalmasına dəstək olduğu bildirilir.
