Cəlilabadda 20 yaşlı gənc bıçaqlandıbackend

Cəlilabadda 20 yaşlı gənc bıçaqlandı

Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*