Çin lideri dünyaya SƏSLƏNDİ: Ya müharibə, ya da…backend

Çin lideri dünyaya SƏSLƏNDİ: Ya müharibə, ya da...

Çin lideri Si Cinpin bəyan edib ki, bəşəriyyət bu gün “sülh və müharibə arasında seçim etməlidir”. O, bu fikirləri Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın da iştirak etdiyi hərbi paradda səsləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat dərc edib.

Si Tsinpin çıxışında insanlığı dialoq və qarşıdurma, qarşılıqlı faydalı əməkdaşlıq və ya “sıfır məbləğli oyun” arasında seçim etməyə çağırıb. O, Çin xalqının İkinci Dünya Müharibəsində böyük fədakarlıqlar edərək insan sivilizasiyasının qorunmasına və dünya sülhünün təmin olunmasına mühüm töhfə verdiyini də vurğulayıb.

“Tarix bizə xatırladır ki, bəşəriyyətin taleyi bir-biri ilə sıx bağlıdır. Yalnız bərabər münasibət, harmoniya və qarşılıqlı dəstək vasitəsilə bütün ölkələr ümumi təhlükəsizliyi təmin edə, müharibələrin kök səbəblərini aradan qaldıra və tarixi faciələrin təkrarlanmasının qarşısını ala bilər”, – deyə Çin lideri əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*