Dağıstanda avtomobil yük maşını ilə toqquşdu – Ölənlər varbackend

Dağıstanda avtomobil yük maşını ilə toqquşdu - Ölənlər var

Rusiyanın Dağıstan Respublikasının Babayurd rayonunda avtomobilin yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, hadisə Həştərxan-Mahaçqala şosesində baş verib.

Bildirilib ki, “Lada Priora” markalı avtomobil “Renault Magnum”la toqquşub. Nəticədə “Lada Priora”nın sürücüsü və 16 yaşlı sərnişini aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. 14 yaşlı yeniyetmə isə yaralanaraq xəstəxanaya qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*