Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun meyiti sahildə aşkar edilib.
