Deputat Elçin Mirzəbəyli uzun illərdən bəri üzv olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilib.
KONKRET.az gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul olunub.
Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev xəbəri təsdiqləyib.
“Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”.