Dərman və texnika qiymətləri bahalaşacaq – İLGİNC SƏBƏBbackend

Dərman və texnika qiymətləri bahalaşacaq - İLGİNC SƏBƏB

“Avronun məzənnəsinin bahalaşması Azərbaycanın daxili bazarına birbaşa təsir göstərir. Bu proses dərman və texnika qiymətlərində aşağıdakı nəticələr yarada bilər”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib:

Neft çıxır deyə "varlı" sanırlar... "Ölkənin resursları yetərli olsa,  dövlət büdcəsi kəsirlə tərtib edilməz"

“Azərbaycana gətirilən dərmanların böyük hissəsi Avropadan idxal olunur. Avro bahalaşanda həmin məhsulların manatla qiyməti də artır.

Apteklərdə qiymət artımı qaçılmaz ola bilər, çünki dərman idxalçıları məzənnə fərqini kompensasiya etməlidirlər.

Ən çox zərbə alan (bahalaşan) seqmentlər orijinal və patentlə qorunan bahalı dərmanlardır. Generik (ucuz) dərmanlarda artım nisbətən az ola bilər, amma yenə də hiss olunacaq”.

Ekspert qeyd edir ki, Avropa istehsalı tibbi cihazlar, laboratoriya avadanlıqları və sənaye texnikası manata çevriləndə daha baha başa gələcək. Xüsusən, dövlət satınalmaları və xəstəxanaların təchizatı üzrə büdcəyə əlavə yük yaranacaq.

“Yerli bazarda Avropa texnikasının bahalaşması alternativ olaraq Çin və Türkiyə məhsullarına tələbi artırar.

Bahalaşma əhalinin dərman alma imkanlarını çətinləşdirər. Qiymət artımı paralel idxal və ya qeyri-rəsmi bazarın genişlənməsinə də səbəb olar.

Yəni avronun bahalaşması həm dərmanların, həm də texnikanın qiymətlərini yüksəldəcək. Əsas fərq ondadır ki, dərman bazarı daha həssasdır, çünki gündəlik ehtiyac məhsuludur və bahalaşma sosial narazılıq yarada bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*