Döyüşlərdə iştirak edənlərin NƏZƏRİNƏ: Müharibə veteranı adı bu şəxslərə veriləcək backend

Döyüşlərdə iştirak edənlərin NƏZƏRİNƏ: Müharibə veteranı adı bu şəxslərə veriləcək 

Son dövrlər müharibə veteranı statusunun kimlərə verilməsi ilə bağlı ictimai müzakirələr artıb. Xüsusilə, müxtəlif dövrlərdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslər bu statusun meyarlarının hansı əsaslarla müəyyənləşdirildiyi ilə maraqlanırlar.

Məsələyə aydınlıq gətirmək üçün KONKRET.az olaraq hüquqi ekspert rəyi aldıq və müharibə veteranı adının verilməsi qaydalarını araşdırdıq.

Hüquqşünas Tağı Hüseynovun sözlərinə görə, bu məsələlər “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi” haqqında əsasnamə ilə tənzimlənir. Qaydalara əsasən, müharibə veteranı statusu aşağıdakı kateqoriyalara şamil olunur:

Tağı Hüseynovun

1. İkinci Dünya Müharibəsi iştirakçıları
•Ordu, donanma və partizan birləşmələri tərkibində döyüş əməliyyatlarında iştirak edən şəxslər, o cümlədən gizli fəaliyyət göstərənlər;
•Xarici ölkələrdə məhəlli müharibələrdə və ya SSRİ-nin digər qurumlarında (DTK, DİN və s.) xidmət etmiş şəxslər;
•Leninqrad mühasirəsi dövründə şəhər müəssisələrində çalışmış və “Leninqradın müdafiəsinə görə” medalı və ya “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif olunanlar;
•1944–1951-ci illərdə Baltikyanı respublikalarda və Ukraynada quldur dəstələrinə qarşı mübarizədə iştirak etmiş şəxslər;
•1941–1945-ci illərdə Sovet ordusu və ya daxili işlər orqanlarında xidmət edən, lakin döyüş əməliyyatlarında birbaşa iştirak etməyən şəxslər.

2. 1990-cı illərin Qarabağ döyüşlərinin iştirakçıları
•1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni silahlı birləşmələrinə qarşı Azərbaycan ərazilərində keçirilən döyüşlərdə iştirak edənlər;
•1994-cü il mayın 12-dən sonra döyüş bölgəsində xidmət edən və ya döyüş tapşırığı ilə ezam olunan, bilavasitə döyüş əməliyyatlarında iştirak edib xəsarət (yaralanma, travma, kontuziya və s.) alan hərbi qulluqçular.

3. 2020-ci ilin Vətən Müharibəsi iştirakçıları
•2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan hərbi əməliyyatlarda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi təqdim edilir.

Tağı Hüseynov bildirib ki, müharibə veteranı adı müvafiq komissiyanın qərarı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilir.

“ Həmin şəxslərin siyahısı Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti kimi aidiyyəti dövlət qurumları tərəfindən hazırlanaraq Nazirlər Kabineti ilə razılaşdırılır.

Status təsdiqləndikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumatları “Zəfər” altsisteminə daxil edir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*