Elgünün ölümü: Ailəsi düşünür ki, qatil həbs olunmadı…backend

Elgünün ölümü: Ailəsi düşünür ki, qatil həbs olunmadı...

Ailəyə ağır təsir edir ki, uşağım ölüb, qatıl həbs olunmayıb.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, hər bir gəncin ölümü sağalmaz travmadır:

“Dünən Gəncədə ölan uşaqla bağlı dövlət orqanlarının birgə açıqlaması oldu ki, o, öldürülməyib. Bəzən biz istintaqın nəticəsini gözləmədən fərziyyələr irəli sürürük. Bu da ailəyə ağır təsir edir ki, uşağım ölüb, qatil həbs olunmayıb. Mən izləyirəm, bəzən uzun illər üstü bağlı olan cinayətin üstü açılır. Bu məsələdə hüquq mühafizə orqanlarının mövqeyi prinsipialdır. Bu o demək deyil ki, hüquq mühafizə orqanlarının işində çatışmazlıq yoxdur, onları tənqid etməməliyik. Tənqid sağlam olmalıdır. Vətəndaş da polislə həmrəylik göstərməlidir. Tənqid olmalıdır, amma qərəzli tənqid yolverilməzdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*