Əliəyri ermənilər qanunsuz əmlaklarını geri qaytarmalı olacaqlarbackend

Əliəyri ermənilər qanunsuz əmlaklarını geri qaytarmalı olacaqlar

Ədliyyə Nazirliyi keçid dövrü şəraitində yeni qanun layihəsi hazırlayıb.

Qeyri-qanuni yolla varlanmış Ermənistan sakinləri gələcək müsadirə ilə bağlı narahat olmalıdırlar. KONKRET.az-ın məlumatına görə, bu barədə dünənd Ədliyyə Nazirliyinin rəhbəri Rüstəm Badasyan açıqlama verib.

Nazir bununla “Qanunsuz olaraq əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında” qanun layihəsinə münasibət bildirib. Hələlik layihənin mətni ictimai müzakirə mərhələsindədir, lakin yaxın vaxtlarda təsdiq üçün hökumətə təqdim ediləcək.

“Hamı son qəpik-quruşunu qaytaranadək qarət etdikləri əmlakla bağlı narahat olmağa davam etsin”, – deyə Rüstəm Badasyan vurğulayıb.

Qurum rəsmisi xatırladıb ki, bu, bütün varlı ermənilərin narahat olması demək deyil – qanun yalnız qanunu aşaraq pul qazananlara təsir edəcək. Talan olunan əmlak dövlətə və ya əmlakın ilkin sahibi olan şəxsə qaytarılmalıdır.

“Söhbət, ümumiyyətlə, varlı insanlardan getmir. Biz onlara çox hörmətlə qarşılayırıq, daha da varlanmağa çağırırıq, ancaq qanuni yolla: yəni dövlətə vergi ödəməklə”, – deyə nazir yekun vurub.

Bundan əvvəl Ermənistanın Baş Naziri Nikol Paşinyan belə bir qanunun keçid dövrünün elementi olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*