Enriko Maciasın İstanbuldakı konserti ləğv edilib — SƏBƏBbackend

Enriko Maciasın İstanbuldakı konserti ləğv edilib — SƏBƏB 

İstanbul Valiliyi, İsrailə dəstəyi ilə tanınan Əlcəzair əsilli fransız müğənni Enriko Maciasın 5 sentyabr cümə günü Harbiyedəki Cəmil Topuzlu Açıq Hava Teatrında keçirilməsi planlaşdırılan konsertinin şiddətli reaksiyalar və tədbirə etiraz çağırışlarından sonra ləğv edildiyini açıqlayıb.

KONKRET.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, İstanbul Valiliyi açıqlama yayaraq, qərarın sosial media platformalarında baş verən gərgin reaksiyalardan və hadisəyə etiraz çağırışlarından sonra verildiyini bildirib.

Valilik, potensial qurbanlara qarşı tədbir olaraq Cəmil Topuzlu Açıq Hava Teatrında və ətrafında sentyabrın 5-i cümə günü keçirilməsi planlaşdırılan bütün konsertlər, nümayişlər, yürüşlər, mətbuat konfransları və oturaq aksiyaların qadağan edildiyini açıqlayıb.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*