Jeffrey Epstein ilə bağlı sənədlərdə Ukrayna ilə əlaqəli məqamların yer aldığı bildirilir.
KONKRET.az xəbər verir ki, “Epşteyn faylları” adlandırılan milyonlarla sənəd arasında təkcə ukraynalı model qızlarla bağlı məlumatlar deyil, həm də daşınmaz əmlakla əlaqəli qeydlər mövcuddur.
Məlumata görə, qalmaqallı amerikalı maliyyəçi Lvov şəhərində yerləşən bir binaya maraq göstərib. Yerli mediada “Epşteynin villası” kimi təqdim edilən bu tikili hazırda baxımsız vəziyyətdədir. Bildirilir ki, vaxtilə həmin binada yeddi ailə yaşayıb.
Araşdırmalarda qeyd olunur ki, sözügedən obyektə marağın səbəbləri və mümkün planlar barədə dəqiq məlumat yoxdur. Məsələ ilə bağlı müzakirələr davam edir.\\Musavat.com
