XƏBƏRDARLIQ: Bu halda əlillik statusunuz ləğv ediləcək, özünüz isə…backend

XƏBƏRDARLIQ: Bu halda əlillik statusunuz ləğv ediləcək, özünüz isə...

Azərbaycanda əlillik statusunun dayandırılması ilə bağlı məsələlər zaman-zaman ictimai müzakirələrə səbəb olur. Xüsusilə də bəzi hallarda vətəndaşların xəstəxanada stasionar müalicə almaması əsas gətirilərək əlilliyin ləğv ediləcəyi ilə bağlı iddialar suallar doğurur. Bu isə həm hüquqi prosedurlar, həm də sosial ədalət baxımından həssas məqam kimi qiymətləndirilir.
Bəs şəxs xəstəxanada yatmayıbsa, onun əlillik statusu dayandırıla bilərmi?

 

MKS

Mayis Əliyev

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev bildirib ki, əlilliyin qiymətləndirilməsi qaydalarında statusun dayandırılması üçün mütləq xəstəxana yatmaq tələbi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, əgər əlillik təyin edilərkən saxta sənədlərin təqdim edilməsi və ya şübhəli məqamların mövcudluğu aşkarlanarsa, Tibbi-Sosial Ekspertiza Komissiyası (TSEK) məsələni araşdıraraq müvafiq qərar qəbul edə bilər:

“Əlilliyin dayandırılması ilə bağlı qərar inzibati qaydada qəbul olunur. Lakin bu, əsassız və ya prosedurdan kənar şəkildə edilə bilməz. Şəxs mütləq şəkildə çağırılmalı, onun sağlamlıq vəziyyəti yenidən qiymətləndirilməlidir. Sağalıb-sağalmaması müəyyən edilmədən əlillik statusu dayandırıla bilməz”.

Sağlamlıq imkanları məhdud olan müəllimlərə mütləq bu güzəştlər olunmalıdır - RƏSMİ | AzEdu.az

Vəkil qeyd edib ki, əlilliyin dayandırılması ilə bağlı məsələlər Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərarda əlilliyin yalnız xəstəxanada müalicə alıb-almamaq faktına görə ləğv edilməsi ilə bağlı hər hansı tələb yoxdur.

Mayis Əliyevin sözlərinə görə, şəxsin reabilitasiya imkanlarının olub-olmaması və ya müalicə nəticələri ayrıca qiymətləndirilir, lakin sırf xəstəxanada yatışın olmaması əlilliyin xitamı üçün hüquqi əsas yaratmır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*