Zelenski ABŞ-ın təzyiqləri barədə danışdı: “Sülh sazişi üçün vaxt çərçivəsi qoyulub”backend

Zelenski ABŞ-ın təzyiqləri barədə danışdı: “Sülh sazişi üçün vaxt çərçivəsi qoyulub”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna–Rusiya münaqişəsinin həlli ilə bağlı prosesə göstərdiyi təzyiqlər barədə açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləri Vaşinqtonda hakimiyyətin sülh sazişinin imzalanmasını sürətləndirmək istəyini artırır və bu, Prezident Donald Tramp administrasiyasına əlavə təzyiq yaradır.

Zelenski bildirib ki, Trampın komandası bütün zəruri danışıqların iyun ayına qədər yekunlaşdırılmasını təklif edib:

“ABŞ tərəfi bütün sənədlərin eyni vaxtda imzalanmasını istəyir. Bu prosesin tezliklə başa çatdırılması üçün konkret vaxt çərçivəsi müəyyən olunub”.

Ukrayna liderinin sözlərinə görə, mümkün sülh razılaşması ölkə daxilində təsdiqlənməlidir:

“Ukrayna sülh təklifini ya parlament səsverməsi yolu ilə, ya da ümumxalq referendumu vasitəsilə təsdiqləməli olacaq”.

Qeyd edək ki, son dövrlər ABŞ və beynəlxalq tərəfdaşlar Ukraynada müharibənin diplomatik yolla həllinə dair danışıqları sürətləndirməyə çalışır və Vaşinqtonun bu prosesdə rolu daha da aktivləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*