DİQQƏT: Bu xəstəlikdən əziyyət çəkənlərə əlillik təyin oluna və pensiya verilə bilər…backend

DİQQƏT: Bu xəstəlikdən əziyyət çəkənlərə əlillik təyin oluna və pensiya verilə bilər...

Azərbaycanda ağır xəstəliklərdən, o cümlədən xərçəngdən əziyyət çəkən şəxslərin erkən pensiyaya çıxa bilməsi və pensiya kapitalından istifadə imkanları vaxtaşırı müzakirə mövzusuna çevrilir. Maraqlıdır, Azərbaycanda ağır xəstəliklərdən, o cümlədən xərçəngdən əziyyət çəkən şəxslər erkən pensiyaya çıxıb, öz kapitalından istifadə edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, son illər onkoloji xəstəliklərin sayı həm dünyada, həm də Azərbaycanda artmaqdadır.

“Xəstəlik artıq daha gənc yaş qruplarında da müşahidə olunur. Onkoloji xəstəlikdən əziyyət çəkən şəxslər rəsmi qeydiyyata alınır və onların sağlamlıq vəziyyətinə uyğun olaraq əlillik dərəcəsi təyin edilir. Ümumiyyətlə, onkoloji xəstəlikdən əziyyət çəkən xəstələr qeydiyyatdan keçirlər. Onlara vəziyyətlərinə uyğun olaraq ikinci və ya üçüncü qrup əlillik dərəcəsi təyin olunur. Bu əsasla onlar müvafiq müavinət ala bilirlər”.

Xərçənglə mübarizədə YENİ DÖVR - Bunları etsəniz…

F.Museyibov qeyd edib ki, əməliyyatdan sonra götürülən materialın cavabı bədxassəli olduqda və xüsusilə sümük toxuması ilə bağlı xərçəng hallarında histoloji nəticələrin çıxması müəyyən vaxt tələb edir:

“Əməliyyatdan sonra cavab bədxassəli gəlibsə, xüsusilə sümük toxuması ilə bağlı hallarda əkilmənin cavabı 1 ay yarıma qədər çəkə bilər. Bundan sonra isə vətəndaşlar Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək əlillik dərəcəsi ala bilirlər”.

Beləliklə, ağır və onkoloji xəstəliklər zamanı vətəndaşlara əlillik dərəcəsi təyin olunması onların sosial təminat hüquqlarından, o cümlədən müavinət və digər ödənişlərdən yararlanmasına imkan verir. Erkən pensiya və pensiya kapitalından istifadə məsələsi isə mövcud qanunvericilik çərçivəsində əlillik statusu və sığorta stajı əsasında müəyyənləşdirilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*