İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəlib.
Bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak məlumat yayıb.
Bəs görəsən, sülh davamlı olacaq, yoxsa yenidən gərginlik yaranacaq?
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu savaşın qısa zamanda dayandırılacağı gözlənilən
idi:
Cavanşir Abbaslı
“Xüsusilə, Suriyanın yeni rəhbərinin baş verən toqquşmalardan sonra Türkiyəyə səfər edəcəyi ilə bağlı xəbərlər Ankaranın proseslərə birbaşa müdaxiləsini göstərirdi. Çünki Türkiyə Suriyada digər qüvvələrin üstünlük qazanmasına imkan verməyəcək”.
Ekspertin fikrincə, İsrailin Suriyaya hücumu ABŞ-ın gizli sifarişi ilə həyata keçirilib:
“İsrail ABŞ-ın ən yaxın strateji muttəfiqidir. ABŞ-ın dəstəyi olmadan belə bir hücumu gerçəkləşdirə bilməzdi. Lakin Türkiyənin sərt mövqeyi, xüsusən də Türkiyə müdafiə nazirinin son açıqlamaları İsraili geri çəkilməyə vadar etdi. İsrail başa düşdü ki, İrana hücumdan sonra Suriyaya zərbələr nəticəsiz qala bilər və bu da onun beynəlxalq nüfuzuna xələl gətirər”.
Cavanşir Abbaslı qeyd edib ki, atəşkəs razılaşması yüksək qiymətləndirilməlidir:
“Suriya yeni-yeni toparlanır və müharibəyə hazır deyil. Ölkədə sabitlik təzəcə bərqərar olur. Yeni bir hücum daxildə dağıntılara və məzhəbçi qarşıdurmalara səbəb olar. Bu isə Suriya hökuməti üçün qəbuledilməzdir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
İsrail yox olmalidir dünyadan