Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…backend

Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…

Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətinin Sisyan şəhərində yerləşən hərbi hissələrdən birində leytenantın ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, erməni jurnalist Suzi Badoyan leytenant Haykın intiharı versiyasına dostlarının inanmadığını bildirib.

O, orduda daxili münasibətlərin və qaydaların hərbçiləri ağır vəziyyətlərə sürüklədiyini iddia edib.

Jurnalist həmçinin “intihar” versiyasının dərhal önə çıxarılmasını tənqid edib və hadisənin bütün detalları ilə araşdırılmasını istəyib.

Badoyan ölən hərbçilərin ailələri və xidmət yoldaşları ilə işləmək üçün ekspertlərdən ibarət qrup yaradılmasını təklif edib.

Qeyd edək ki, erməni leytenantın çənəsindən aldığı iki güllə yarasından öldüyü açıqlanıb.

Son aylarda Ermənistan ordusunda əsgər və zabitlərin ölümü misli görünməmiş həddə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*