Ermənistan baş nazirinin müavini Zəngəzur dəhlizindən danışdıbackend

Ermənistan baş nazirinin müavini Zəngəzur dəhlizindən danışdı

Ermənistan  baş nazirinin müavini Mher Qriqoryan Zəngəzur dəhlizinin açılmayacağını bildirib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Qriqoryan Zəngəzur dəhlizini Ermənistan üçün qırmızı xətt hesab edir: “Biz bir neçə dəfə təkrar etmişik ki, qırmızı xətlər var və onları keçmək sadəcə mümkün deyil. Mən bu termini müzakirə və şərh etmək belə istəmirəm, belə bir şey olmayacaq”, – deyə o, jurnalistlərə bildirib.

Qriqoryanın deyib ki, Ermənistan ölkənin suverenliyinin pozulmasına yol verməyəcək. Kommunikasiyaların açılması isə yalnız Ermənistanın ərazi bütövlüyü çərçivəsində baş tutacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*