Ermənistan dünyada əhalinin qəzəb səviyyəsinə görə ən qəzəbli ölkələr siyahısında üçüncü sırada yer alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Gallup” təşkilatının əhalinin emosional vəziyyətini əks etdirən hesabatında qeyd olunub.
Məlumata görə, hesabat 144 ölkənin məlumatları əsasında hazırlanıb. Dünyanın ən qəzəbli ölkələri sırasında Çad, İordaniya, Ermənistan, Şimali Kipr, Syerra-Leone və İraq da yer alıb. Bildirilib ki, bu ölkələrdə və regionlarda münaqişələr, müharibələr, toqquşmalar və siyasi-iqtisadi qeyri-sabitlik daha aktivdir.
Hesabatda əks olunan məlumatlara görə, əhalinin qəzəb səviyyəsi Ermənistanda 43%, İordaniyada 46%, Çadda 47% təşkil edir.