“Ermənistanda kilsəyə qarşı hücumlar yoxdur. Biz bu ittihamları qətiyyətlə rədd edirik”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Kilsəyə qarşı heç bir hücum yoxdur. Ancaq heç yerdə yazılmayıb ki, keşişləri həbs etmək olmaz. Cinayət törədən hər kəs məsuliyyətə cəlb edilməlidir. Ermənistan tarixində yepiskopların cinayət təqibinə məruz qalması əvvəlki illərdə də mövcud olub”, – Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
