Ermənistanda ruslar vəhşicəsinə qətlə yetirildibackend

Ermənistanda ruslar vəhşicəsinə qətlə yetirildi

Ermənistanda quldurluq zamanı Rostovdan olan həkim və onun əri vəhşicəsinə qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, Ermənistanda Rostov-na-Donudan olan endokrinoloq və onun həyat yoldaşı silahlı hücumda həlak olub.

İstintaqın məlumatına görə, silahlı şəxs cütlükdən “Audi”nin açarlarını tələb edib və sonra atəş açıb.

Belə ki, faciə, cütlük qohumlarının toyuna gedərkən baş verib. Onlar səfər üçün xüsusi olaraq məzuniyyət götürmüşdülər. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ər-arvad kəndlərdən birində yolun kənarında dayanıblar ki, silahlı şəxs onlara tərəf qaçıb. Qətldən sonra o, avtomobili oğurlayıb qaçmağa cəhd etsə də, tezliklə tutulub.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*