Ermənistanın xarici ticarəti 2025-ci ildə də azalmağa davam edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Alfa ekonomiks” analitik material dərc edib.
Məqalədə qeyd olunub ki, bunun əsas səbəbi əvvəlki dövrdə qızılın reeksportu hesabına baş vermiş kəskin artım olub ki, bu da 2025-ci ildə baza effekti səbəbindən xarici ticarət göstəricilərində mənfi dinamika yaradıb.
Xüsusilə, 2024-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə ümumi ticarət dövriyyəsinin artımı -29% təşkil edib. İxrac -36,1%, idxal isə -23,6% azalıb.
Qeyd etmək lazımdır ki, söhbət yanvar-dekabr üzrə ümumi nəticədən gedir. İlin sonuna doğru xarici ticarətdə müəyyən canlanma müşahidə olunub, xüsusilə ixracda qismən bərpa var. Lakin bu, həqiqətən Ermənistan istehsalının ixracının artımıdır, yoxsa başqa səbəblər var?
Sahəvi göstəricilərin paralel təhlili göstərir ki, eyni dövrdə əsas metalların istehsalı əhəmiyyətli dərəcədə artıb və bu da yenidən bir reeksport effektinə işarə edir. Başqa sözlə, ilin sonundakı ixrac artımı da böyük ölçüdə reeksportun nəticəsidir.
Xarici ticarətin ölkələr üzrə strukturunun təhlili göstərir ki, ticarətin böyük hissəsi Rusiya Federasiyasının payına düşür. Digər istiqamətlər üzrə diversifikasiya meylləri varmı? İlk baxışda Çin və ya BƏƏ istiqamətində ticarət həcmlərinin artması diversifikasiya kimi görünə bilər. Lakin burada da ciddi qeyd var: reeksportun təsiri çox böyükdür.
Ağagül Mürsəlov,
KONKRET.az
