Ermənistan dəmir yollarının Rusiya tərəfi tərəfindən idarə olunması səbəbindən ölkənin rəqabət üstünlüklərini itirdiyini açıqlayıb.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, mövcud beynəlxalq gərginlik fonunda bu vəziyyət Ermənistanın iqtisadi və nəqliyyat imkanlarına mənfi təsir göstərir.
KONKRET.az xəbər verir ki, Paşinyan bildirib: “Beynəlxalq vəziyyətin gərgin olması və Ermənistana məxsus dəmir yolunun Rusiya Dəmir Yolları tərəfindən idarə olunması səbəbindən burada rəqabət üstünlüyümüzü itirdiyimizi hiss edirik. Nə etməli olduğumuz barədə düşünməliyik. Bu, 1, 2, 3 və ya 4 ilin məsələsi deyil. Biz dostluq, səmimi və qardaşlıq məntiqi çərçivəsində həll yolu tapmalıyıq.”
Baş nazir vurğulayıb ki, dəmir yolu infrastrukturunun idarə olunması məsələsi uzunmüddətli strateji əhəmiyyət daşıyır və bu sahədə düzgün qərarların qəbul edilməsi ölkənin iqtisadi inkişafına birbaşa təsir göstərir. Onun fikrincə, tərəfdaşlarla münasibətləri qorumaqla yanaşı, Ermənistanın milli maraqları da nəzərə alınmalıdır.
Natiq Səlim,
KONKRET.az
