Estoniyadan Moskvanı qəzəbləndirəcək addımbackend

Estoniyadan Moskvanı qəzəbləndirəcək addım

Estoniya hökuməti təhlükəsizlik səbəbi ilə Värska–Saatse avtomobil yolunu həmişəlik bağlamaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Daxili işlər naziri İqor Taro bu qərarın Rusiyanın “Saatse Boot” adlı hissəsindən keçən yol sahəsinə aid olduğunu bildirib.

Sovet dövründə salınmış bu yol iki dəfə Rusiya ərazisinə daxil olur. Birinci dəfə 30 metr, ikinci dəfə isə təxminən 1 kilometr məsafədə. Həmçinin, magistral boyunca piyadaların hərəkəti qadağandır.

Nazir Taro bildirib:

“Yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün tamamilə bağlanmalıdır.”

O əlavə edib ki, bu addım milli təhlükəsizliyi qorumaq məqsədi daşıyır.

Baş nazir Kristen Mixal da hökumətin alternativ dolama yolun tikintisini sürətləndirmək barədə qərar qəbul etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*