Evlilik depressiya riskini artırır?backend

Evlilik depressiya riskini artırır?

Avstraliyanın Makao Universitetinin alimləri aşkar ediblər ki, evlilik depressiya riskini azaldır.

KONKRET.az xəbər verir ki, bu barədə “Nature Human Behavior” jurnalında məlumat dərc olunub.

100.000 insan üzərində aparılan araşdırma, subay insanların depressiyaya düşmə riskinin evlilərə nisbətən 80% daha yüksək olduğunu, boşanmış və ya ayrılmış şəxslərdə isə bu rəqəmin 99%-ə yüksəldiyini göstərib. Dul qadınlar da depressiyaya daha çox məruz qalırlar. Partnyorunu itirmiş insanlarda bu xəstəliyə tutulma ehtimalı 64%-ə çatıb.

Tədqiqatçılar hesab edirlər ki, evli insanlar arasında depressiya səviyyəsinin aşağı olması sosial dəstək, iqtisadi sabitlik və tərəfdaşların bir-birinin rifahına müsbət təsir göstərməsi ilə bağlıdır.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*