“Əvvəl döy, sonra birliyə çağır” – Yekaterinburqda “xalq birliyi” forumu elan edilibbackend

"Əvvəl döy, sonra birliyə çağır" – Yekaterinburqda “xalq birliyi” forumu elan edilib

Sverdlovsk vilayətində azərbaycanlılara qarşı sərt polis zorakılığı, saxlanmalar və ölüm halları fonunda, vilayətin qubernatoru Denis Pasler 2026-cı ildə Yekaterinburqda keçiriləcək “Rusiya – Xalqların Evi” forumunu təntənə ilə elan edib.

KONKRET.az xəbər verir ki, Paslerin sözlərinə görə, forumun məqsədi “xalqların birliyini möhkəmləndirmək, ənənəvi dəyərləri təbliğ etmək və tarixi yaddaşı qorumaq” olacaq.

O bildirib ki, tədbir hər bir xalqın “unikallığını” və Rusiyanın “etnomədəni suverenliyini” vurğulamaq üçün keçiriləcək.

İctimaiyyət isə bu qərarı istehza ilə qarşılayıb: əvvəl dəyənəklə döy, sonra xalqları birliyə çağır! Ural inteqrasiya modeli özünü bir daha “praktikada” göstərdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*