Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Pasyolka adlan ərazisində qeydə alınıb.
Belə ki 1994-cü il təvəllüdlü Ə.Səmədova, onun övladları 2016-cı il təvəllüdlü N.Səmədova, 2015-ci il təvəllüdlü N.Səmədov və 2025-ci il təvəllüdlü N.Səmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, Səmədovlar ailəsi yaşadıqları evin qonaq otağında dəmqazından zəhərləniblər.