Gəncədə avtomobilin vurduğu gənc 4 gün sonra xəstəxanada ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, 18.02.2023-cü il tarixdə sürücü Hüseynquliyev Gəray Qalan oğlu idarə etdiyi avtomobillə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində hərəkətdə olarkən piyada, 2005-ci il təvəllüdlü Rəhimov Sadiq Asif oğlunu ehtiyatsızlıqdan vurub. Nəticədə piyada 24.02.2023-cü il tarixdə saat 01 radələrində yerləşdirildiyi Mingəçevir şəhər Regional Hospitalda aldığı bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi istintaq olunur.//Pravda
