Gəncədə evdə partlayış olub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Vüqar Abdullayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Vüqar Abdullayev yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb.//apa
