Gəncədə meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi açıqlandıbackend

Gəncədə meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi açıqlandı

Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb. Onların qazdan zəhərləndikləri ehtimal olunur.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.

Qızın yaxınları dünən, oğlanın yaxınları isə bu gün səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*