“Gürcüstanın Avropa İttifaqına namizədlik statusu qabağına atılmış sümük olmamalıdır”backend

"Gürcüstanın Avropa İttifaqına namizədlik statusu qabağına atılmış sümük olmamalıdır"

“Gürcüstanın Avropa İttifaqına namizədlik statusu qabağına atılmış sümük olmamalıdır. Bunun ardınca başqa qərarlar da verilməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili “France Info” radiosuna müsahibəsində deyib.

“Avropa bizə bu qədər asanlıqla status verməməli, onu atılmış sümüyə çevirməməlidir. Bu statusu Avropanın dəstəyi izləməlidir”, – deyə Zurabişvili bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen noyabrın 8-də Gürcüstana üzvlük üçün namizəd statusu verməyi tövsiyə edib. O, Gürcüstanda aparılan islahatları müsbət qiymətləndirib. Lakin onu da deyib ki, ölkədə hələ görüləsi işlər var.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*