ABŞ-da 63 yaşlı Şeril Makkeyn adlı qadın özündən 37 yaş kiçik ərindən hamilə qaldığını açıqlayıb. Qadının yaşına görə hamilə qalmasının mümkün olmayacağı ilə bağlı iddialar səslənsə də, Makkeyn tənqidlərə məhəl qoymayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, heyrətedici hadisə ABŞ-da baş verib. 63 yaşlı Şeril Makkeyn adlı qadın 26 yaşlı Kuran Makkeyn adlı gənclə evlənib. Aralarında 37 yaş fərq olan cütlüyün evliliyi günlərlə çox danışılıb.
Qeyd edək ki, 63 yaşlı Şeril Makkeyn 7 uşaq anasıdır, onun 17 nəvəsi var.
Həyat yoldaşı ilə yanacaqdoldurma məntəqəsində tanış olduğunu deyən qadın xoşbəxt olduğunu deyib.
Britaniya mətbuatı cütlüyün ötən ilin sentyabrında evləndiyi xəbərlərində təfərrüatlara yer verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az