Həyat yoldaşının dəm qazından zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdibackend

Həyat yoldaşının dəm qazından zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdi

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*