İki rəis müavini vəzifəsindən azad edildi backend

İki rəis müavini vəzifəsindən azad edildi 

Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Çingiz Ələddin oğlu və Cəfərov Cümşüd Əli oğlu rəis müavini vəzifəsindən azad edilərək, təqaüdə göndəriliblər.

Rəhimov Sənan Təyar oğlu isə idarənin rəisi olaraq təsdiqlənib.

Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı. (Qaynarinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*