“İndiyədək müqəddəs mübarizəyə heç bir xarici dövlət qurumu və ya transmilli şəbəkə strukturu tərəfindən dəstək yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu erməni siyasətçisi Vardan Voskanyan bildirib.
O, fikirlərini belə əsaslandırıb:
“Bu, mübarizənin effektivliyini xeyli aşağı salır. Çünki hakimiyyətə görünən və ya görünməyən kənar təzyiqlər yoxdur. Məmurlar bu şəraiti kompensasiya etmək üçün əlavə vasitələr axtarmağa vadar edir.
Beləliklə, mübarizəyə supermütəşəkkil struktur xarakteri vermək və düzgün idarəetmə yolu ilə kənar dəstəyin boşluğunu doldurmaq ola bilər.
Bu, şübhəsiz ki, əlavə səylər və iş tələb edəcək, lakin uğur qazanacağı təqdirdə Ermənistanda formalaşacaq yeni hökuməti həqiqətən müstəqil dövlətimizi gücləndirməklə beynəlxalq aləmdə mövqeyini möhkəmlədəcək”.
Natiq Səlim,
KONKRET.az