ABŞ-nin Texas ştatının Hyuston şəhərində qasırğa nəticəsində azı 4 nəfər həlak olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iki yerli sakin ağacların aşması, daha bir nəfər isə güclü külək nəticəsində həlak olub.
“Fırtına zamanı küləyin sürəti saatda 160 kilometrə çatıb. Hyuston şəhərinin mərkəzində ciddi dağıntılar baş verib”, – mer Con Uitmir bildirib.
PowerOutage portalı öz növbəsində əlavə edib ki, Texasda bir milyona yaxın sakin işıqsız qalıb.
Günel Mikayılova,
KONKRET.az
