Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırırbackend

Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır

Katolik dünyasının ruhani lideri Papa Fransiskin 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırdığı açıqlanıb.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, Ortodoks xristianların ruhani lideri Fənər Rum Patriarxı Bartolomeus Papa Fransiskin gələn il İznik Birinci Şurasının ildönümündə Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Bartolomeus dünən Lissabonda keçirilən tədbirdəki çıxışında deyib ki, “Papa Fransisk bu mühüm ildönümünü birlikdə qeyd etmək istəyir”.

Papa Fransiskin Birinci Nikeya Şurasının keçirildiyi İznikə getməzdən əvvəl patriarxlığı ziyarət etməyi planlaşdırır. Bartolomeus bildiri ki, səfərə hazırlıq üçün ayrıca komitə yaradılıb və Vatikanın yaxın vaxtlarda bu mövzuda Türkiyə ilə əlaqə saxlayacağını bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*