Ermənistan KİV: “Paşinyan Putindən deyil, Əliyevdən çəkinir”backend

Ermənistan KİV: “Paşinyan Putindən deyil, Əliyevdən çəkinir”

“Paşinyan Putindən deyil, Əliyevdən çəkinir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın populyar “Hraparak” analitik materialında qeyd edib.

Məqalədə vurğulanır ki, Paşinyan mayın 8-də Moskvada işgüzar səfərdə olanda Vladimir Putinlə 44 günlük müharibədən sonra rus sərhədçilərin Tavuş, Syunik, Vayots Dzor, Geqarkunik, Ararat vilayətindən çıxarılması məsələsi müzakirə edib. Rəsmi təbliğat maşını və məmurlar dərhal bu faktı Nikolun Putindən çəkinməməsi və müstəqil siyasət yeritməsi kimi təbliğ edib.

“Hraparak” yazır ki, əslində, bütün bu proseslər Əliyevin tələbi ilə baş tutur: “Yəni Paşinyan suverenlik və müstəqillik iddiasında deyil, Əliyevin daha bir tələbini yerinə yetirib. Rusiya sərhəd qoşunları isə Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərində mövcudluğunu davam etdirəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*