İmişlidə iki avtomobil toqquşdu – Xəsarət alanlar varbackend

İmişlidə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Soltanmuradlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini Qasımov İlham Salam oğlunun idarə etdiyi “Dong Feng” markalı avtomobil Cəbrayıl rayon sakini Əsədov Pərvin Şahsuvar oğlunun idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*