İran hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizindəki İran ticarət gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacaq. Bu barədə İran Məclisinin (parlamentin) vitse-spikeri Əli Nikzad bəyan edib.
KONKRET.az xəbər verir ki, Fars agentliyinin məlumatına görə, Əli Nikzad bildirib ki, ölkə ərazisinə qarşı təcavüzün törədildiyi istənilən nöqtə silahlı qüvvələrin qanuni hədəfinə çevriləcək və Ukrayna hökumətinin qeyri-düşünülmüş addımları cavabsız qalmayacaq.
Parlament sədrinin müavini, həmçinin Ukrayna, Böyük Britaniya və Bolqarıstanı ABŞ-nin hərbi əməliyyatlarına dəstək verməkdən çəkinməyə çağırıb.
Natiq Səlim,
KONKRET.az
