İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?backend

İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?

“İranla Ermənistan arasında münasibətlərin yaxın perspektivdə birbaşa hərbi ittifaq və ya ortaq hərbi əməliyyat səviyyəsinə keçməsi real görünmür. Bunun əsas səbəbi ondan ibarətdir ki, hər iki ölkə əməkdaşlığı daha çox siyasi, iqtisadi, logistika və təhlükəsizlik koordinasiyası çərçivəsində qurmağa üstünlük verir”.

Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə Qarayeva | news365.az

“Bununla belə, İran Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə həssas yanaşır və Ermənistanı özünün şimal sərhədlərində strateji tampon kimi görür. Məhz buna görə Tehran İrəvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, hərbi-texniki əməkdaşlığa və silah tədarükünə maraq göstərir. Bu baxımdan münasibətlərin hərbiləşməsi deyil, hərbi əməkdaşlığın dərinləşməsi ssenarisi daha real görünür”.

Z.Qarayeva bildirir ki, digər tərəfdən, Yaxın Şərqdə artan gərginlik və İranın ABŞ-İsrail xətti ilə qarşıdurması Tehranın əsas diqqətini başqa istiqamətlərə yönəldir.

“İran hazırda yeni regional cəbhələr açmaqda deyil, mövcud təsir imkanlarını qorumaqda maraqlıdır. Ermənistan da öz növbəsində açıq hərbi bloklaşmanın risklərini anlayır və balans siyasəti aparmağa çalışır. Buna görə yaxın dövrdə İran-Ermənistan münasibətlərində birgə hərbi əməliyyat və ya formal hərbi ittifaqdan daha çox silah satışı, müdafiə sahəsində əməkdaşlıq, kəşfiyyat mübadiləsi və regional koordinasiya elementlərinin güclənəcəyini gözləmək daha məntiqlidir. Bu isə hərbi müstəviyə tam keçid olmasa da, təhlükəsizlik sahəsində tərəfdaşlığın daha görünən xarakter alacağı anlamına gəlir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*