İrəvan özünə yeni problem yaradıb – Aldığı silahlar “susacaq” – İLGİNC FAKTLARbackend

İrəvan özünə yeni problem yaradıb - Aldığı silahlar "susacaq" - İLGİNC FAKTLAR

30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın silah arsenalındakı bütün hərbi sursatlar və döyüş texnikaları Rusiya istehsalıdır. 3 il əvvəl Vətən müharibəsi zamanı Rusiya silahlarının bir-birinin ardınca sıradan çıxarılmasından sonra müttəfiqinin hərbi arsenalına etibarını itirən Ermənistan yeni silah bazarına üz tutmağa çalışır. Düzdür, onların Hindistanla anlaşmaları baş tutub və Hindistan İran üzərindən Ermənistana müxtəlif növ döyüş texnikaları göndərir. Deməli, silah arsenalını təzələyən Ermənistanın hədəfləri var və bunun üçün silahlanmaya miyonlarla dollar vəsait xərcləyir. Üstəlik Fransayla silah sazişinin imzalanması göstərir ki, Ermənistan dinc oturmaq fikrində deyil. Ermənistanın bu addımları Rusiyanı da qıcıqlandırır. Ermənistanda isə Rusiya və Qərb silahlarının üstünlükləri və çatışmazlıqları müzakirə olunur.

KTMT-nin üzvü olan və Rusiyanın forpostu hesab edilən Ermənistan daha Rusiyaya və onun silahlarına güvənmir. Ermənistanda hesab edirlər ki, Rusiya onları döyüş meydanında tək qoyub. Biabırçı məğlubiyyətlərində Rusiyanı ittiham edən ermənilər müttəfiqlərindən küsüblər və ona görə də əzəli torpaqları Hindistana üz tutublar. Öz əcdadlarına əl açan ermənilərin yalvarışı da nəticəsiz qalmayıb. Rusiya Hindistanın Ermənistana silah satmasını normal qarşılasa da, Fransanın Cənubi Qafqaza soxulmaq cəhdini həzm edə bilmir. Çünki Fransa hərbi-siyasi sahədə Rusiyanın əsas rəqibidir və eyni zamanda NATO ölkəsidir. Rusiyanın dağılması üçün çalışan hərbi alyansın aparıcı qüvvəsidir. Rusiyanın qəzəbinə tuş gələn erməni siyasi dairələri mənasız açıqlamalar verməklə məsələni yumşaltmağa çalışırlar. Ermənistan baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib ki, “Bu gün Rusiyanın özünün silaha ehtiyacı var və biz hesab edirik ki, müttəfiqimiz Ermənistanın təhlükəsizlik sahəsindəki ehtiyaclarını ödəyə bilməyəcək”. Paşinyanın açıqlaması onun növbəti manipulyasiyasından xəbər verir.
Paşinyan Rusiyanın özünün silaha ehtiyacının olduğunu bəhanə gətirərək silah bazarında yeni partnyorlar axtarır. Paşinyan deyir ki, İrəvan bununla təhlükəsizliyini şaxələndirir. İndiyədək Ermənistanın Hindistandan aldığı artilleriya və raket sistemləri barədə dəfələrlə məlumat verilib. Onların bəzilərinin artıq sifarişçiyə çatdırıldığı da bəllidir. Bu yaxınlarda Fransa Ermənistana zenit müdafiə sistemlərini, o cümlədən 3 ədəd GM200 tipli radar və qısa mənzilli “Mistral” raket buraxılış qurğusunu göndərəcək.

KONKRET.az xəbər verir ki, rusiyalı ekspert Dimitri Trenin bildirib ki, silah almazdan əvvəl sistemin hansı düşmən üçün nəzərdə tutulduğunu nəzərə almaq lazımdır:

“Ermənistan Azərbaycanı özünə düşmən hesab edir. Deməli, Fransa və Hindistandan hansı silah sistemlərini alacağını, Azərbaycanla toqquşma şəraitində bu silahlardan necə istifadə edəcəyini düşünmək lazımdır. Hindistan və Fransa silahları Ermənistanın istifadəsində olan Rusiya silah sistemləri ilə necə qarşılıqlı əlaqə yaradacaq? Deməli, burada çoxlu suallar var. Cənubi Qafqazdakı hərbi əməliyyatlar digərlərindən çox fərqlənir.

Rusiyalı daha bir hərbi ekspert Dimitri Stefanoviç isə əmindir ki, NATO ölkələrinin silahları və hərbi hazırlığı Qərb təbliğatının iddia etdiyi kimi Rusiyadan heç də üstün deyil. Bundan əlavə, Qərb ölkələri silah qıtlığı sarıdan korluq çəkir. Əgər silahlardan danışırıqsa, Rusiya daha yaxşı vəziyyətdədir, çünki onun ərazisində bütün silah nomenklaturasının və onun komponentlərinin praktiki olaraq tam istehsalı var. Eyni zamanda, 2022-ci ilin fevralından bəri Ukrayna ordusu Qərbin üçüncü silah dəstini məhv edir.

Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyətini şərh edən digər hərbi ekspert Valeri Şiryayev Ukraynadakı hərbi əməliyyatların təcrübəsinə diqqət yetirib: “Yaxın Şərqdə ABŞ aviasiyanın xeyrinə ordunun zenit müdafiəsini inkişaf etdirməkdən imtina etdi. Rusiya bundan imtina etməyib. İndi amerikalıların əlində “Şahin”dən başqa heç nə qalmayıb. Onlarda Patriot raketləri və hər şey var”.

Ermənistana Qərb silahlarının tədarükü ilə bağlı sualı cavablandıran təhlükəsizlik mütəxəssisi bununla bağlı problemlərin olacağını cavablandırıb. Ekspert vurğulayıb ki, bu gün Qərb Ukraynayla yanaşı Yaxın Şərqi də silahla təhciz edir. Deməli, silaha tələb artıb və NATO ölkələri yeni növ hərbi texnikanı və silah növünü nümayiş etdirmir. Deməli, onların silah istehsalında durğunluqdur. Ermənistanda təhlükəsizlik sahəsində mütəxəssislər azdır. Qərbin Ermənistana göndərdiyi silahlarla bacaran, onları idarə edə bilən mütəxəssis demək olar ki, yoxdur. Peşəkarlıq səviyyəsinə görə Ermənistan-Fransa silah müqaviləsinin müsbət və mənfi tərəflərini ətraflı və dərindən qiymətləndirməyi bacaranlar isə susmağa və ya ad çəkmədən danışmağa üstünlük verirlər.

“Mən başa düşə bilmirəm ki, Ermənistan aşağı hündürlükdəki hədəfləri vura bilən üç Fransa radarının və daşınan zenit-raket komplekslərinin alınması ilə bağlı niyə belə hay-küy qaldırıb? Bunu isə Dimitri Stefanoviç deyib: “Onları rus analoqları “İqla” və “Verba” ilə müqayisə etmək olar. Radarlara gəlincə, etibarlı örtük yoxdur və bunlar elektron müharibə sistemləri, hava hücumundan müdafiə raketlərinin, aviasiyanın asan hədəfinə çevriləcəklər. Bunlar yalnız hədəfləri aşkar etməyə qadir olan radarlardır, onları məhv etmək iqtidarında deyil”.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*